Anita Orban: Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır
- 08 sentyabr, 2026
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Anita Orban "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, bu qərar Rusiyanın diplomatik missiyasının əməkdaşlarının ölkədə Vyana Konvensiyasına uyğun olaraq diplomatların statusu ilə bir araya sığmayan fəaliyyət həyata keçirməsi ilə bağlıdır.
"Mənim tapşırığımla çərşənbə axşamı günü Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiyanın Macarıstandakı səfirinə bildirmişdir ki, Rusiyanın diplomatik missiyasının 10 əməkdaşı Macarıstanda Vyana Konvensiyasına uyğun olaraq diplomatların statusu ilə bir araya sığmayan fəaliyyət həyata keçirib. Bu səbəbdən Macarıstan tərəfi adıçəkilən şəxslərdən Macarıstanı tərk etmələrini tələb edib", - o yazıb.
Xarici siyasət idarəsinin rəhbəri qərarın Macarıstanın təhlükəsizliyinin və suverenliyinin qorunması məqsədilə qəbul edildiyini vurğulayıb. Bununla belə, bu, Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.
Orbanın sözlərinə görə, Macarıstan qarşılıqlı hörmət və müəyyən edilmiş qaydalara riayət əsasında Rusiya ilə zəruri dialoqu davam etdirmək niyyətindədir.