Angel Merkel yenidən Xristian-Demokratlar İttifaqı Partiyasının sədri seçilib

Digər ölkələr
  • 06 dekabr, 2016
  • 15:28
Angel Merkel yenidən Xristian-Demokratlar İttifaqı Partiyasının sədri seçilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel yenidən Xristian-Demokratlar İttifaqının (XDİ) sədri seçilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, 9-cu dəfədir partiyanın sədri olur. 

Məlumata görə, onun namizədliyinin lehinə qurultay nümayəndələrinin 89,5 faizi səs verib.