Andrey Sibiqa: Tezliklə Ukrayna-Rusiya danışıqlarında ciddi dinamika olacaq

Digər ölkələr
  • 03 sentyabr, 2026
  • 14:02
Andrey Sibiqa: Tezliklə Ukrayna-Rusiya danışıqlarında ciddi dinamika olacaq

Tezliklə Ukrayna-Rusiya danışıqlarında ciddi dinamika olacaq.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa sentyabrın 3-ü Kiyevdə Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar ilə birgə mətbuat konfransında bildirib.

Ukrayna XİN rəhbəri bütün ictimaiyyəti yaxın günlərdə rəsmi xəbərləri izləməyə dəvət edib.

"Detalları açıqlamıram hələlik, amma xəbərləri izləyin, yaxın günlərdə sülh danışıqlarında ciddi dinamikanın şahidi olacaqsınız", - deyə nazir vurğulayıb.