An-2 təyyarəsi Ukraynanın şimalında qəzaya uğrayıb

Digər ölkələr
  • 26 mart, 2015
  • 10:15
An-2 təyyarəsi Ukraynanın şimalında qəzaya uğrayıb

Bakı. 26 Mart. REPORT.AZ /An-2 təyyarəsi Ukraynanın Volınsk rayonunda qəzaya uğrayıb. "Report" Ukraynanın Fövqəlada Hallar Xidmətinə istinadən xəbər verir ki, hadisə ötən gecə Luç kəndində baş verib.

Məlumata əsasən, An-2 təyyarəsinin pilotu təhlükəli yüksəklikdən təyyarəni endirərkən kənddəki şəxsi evlərdən birinin damına toqquşub və nəticədə təyyarə yerə çırpılaraq alovlanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.