Amerika gələn il təqribən 45 min qaçqın qəbul edəcək

Digər ölkələr
  • 26 sentyabr, 2017
  • 20:47
Amerika gələn il təqribən 45 min qaçqın qəbul edəcək

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası gələn maliyyə ilində qaçqın qəbulu kvotasını azaltmağı planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, qaçqın sayı 45 min nəfər təşkil edəcək ki, bu da 2017-ci maliyyə ilindəkinə nisbətdə 5 min nəfər azdır.

45 min kvotasını Dövlət Departamenti təklif edib. KİV-in məlumatına görə, Tramp məhz bu variantı dəstəkləyir.