Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb

Digər ölkələr
  • 07 fevral, 2018
  • 10:35
Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb.

"Report" “Bild” qəzetinə istinadən xəbər verir ki, Avropa Parlamentin keçmiş sədri, Sosial-Demokratik Partiyasının sədri Martin Şults Almaniyanın xarici işlər naziri təyin ediləcək. 

Qəzetin yazdığına görə, Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) ilə Sosial-Demokratik Partiyası arasında koalisiya hökumətinin qurulması ilə bağlı imzalanan müqavilə reallaşarsa, M.Şults XİN başçısı olacaq. 

Qeyd edək ki, Almaniyanın hazırkı XİN başçısı Ziqmar Qabrieli də Sosial-Demokratik Partiyasını təmsil edir. 

***

Almaniyada koalisiya hökumətinin qurulmasında nazir portfelləri ilə bağlı razılıq əldə edilib. 

Məlumata görə, Maliyyə, Xarici İşlər, Əmək və Sosial İşlər nazirliklərinə Sosial-Demokrat Partiya başçılıq edəcək. İqtisadiyyat və Müdafiə nazirlikləri isə Angela Merkel blokunun ortağı Xristian Sosial İttifaqına veriləcək.

44 - Tezliklə