Almaniyanın XİN başçısı Ukraynanın Aİ-yə üzvlüyü məsələsinə münasibət bildirib

Digər ölkələr
  • 28 fevral, 2022
  • 13:35
Almaniyanın XİN başçısı Ukraynanın Aİ-yə üzvlüyü məsələsinə münasibət bildirib
Annalena Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsinə münasibət bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Bunu bir neçə ay ərzində həyata keçirmək mümkün deyil. Çünki bu məsələ ilə bağlı ciddi hazırlığa ehtiyac var”, - nazirlikdən bildirib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski yeni xüsusi prosedura əsasən dərhal Avropa İttifaqına üzv olmağı bu təşkilatdan xahiş etmişdi.

44 - Tezliklə