Almaniyanın müdafiə nazirinin İraqa səfəri ləğv edilib
Digər ölkələr
- 23 iyul, 2023
- 15:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın müdafiə naziri Boris Pistorius bazar günü İraqa planlaşdırılan səfərini təhlükəsizliklə əlaqədar olaraq ləğv edib.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Belə ki, iyulun 20-də etirazçılar İsveçin Bağdaddakı səfirliyinə soxularaq onu yandırdıqdan sonra Almaniya Federal Kriminal Polis İdarəsi Pistoriusun İraqa səfərinə qarşı çıxıb.
İdarə qeyd edib ki, bundan sonra da etirazların və vəziyyətin gərginləşməsini istisna etmək olmaz. Bundan əlavə, Almaniyanın Bağdaddakı nümayəndəliyinin əməkdaşlarının müdafiəsi ilə bağlı da qərar qəbul edilib.
Son xəbərlər
16:03
Roma Papası ağciyərindən əməliyyat olunacaq
Digər ölkələr15:46
Naxçıvanın Əməkdar jurnalisti vəfat edib
Media15:45
Foto
Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
Hadisə15:39
67 yaşlı atlet: Gələn il beynəlxalq Xankəndi marafonunda nəticəmi təzələməyə çalışacağam
Fərdi15:27
Foto
Şəhidlərin xatirəsi anılıb
Hərbi15:16
"Gəncə" heyətini yeni basketbolçu ilə gücləndirib
Komanda15:13
Rusiyada "Yandex" məlumat mərkəzi dron hücumundan sonra fəaliyyətini dayandırıb
Region14:59
Foto
Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
Fərdi14:48