Almaniyanın DİN rəhbəri: Ölkədə terror təhlükəsi yüksək səviyyədədir

Digər ölkələr
  • 03 noyabr, 2025
  • 00:15
Almaniyanın DİN rəhbəri: Ölkədə terror təhlükəsi yüksək səviyyədədir

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Berlində terror aktının planlaşdırılmasında şübhəli bilinən suriyalının saxlanılmasından sonra ölkədə terrorizmin yüksək təhlükəsi barədə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, DİN rəhbərinin sözlərini DPA agentliyi sitat gətirib.

"Berlindəki yaxalanma bir daha göstərir ki, Almaniyada terror təhlükəsi səviyyəsi mücərrəd olsa da, yüksəkdir. 2023-cü ildən AFR-də olan suriyalının terror aktı hazırladığını göstərən hərəkətləri vaxtında aşkarlanıb", - Dobrindt bildirib.

Öz növbəsində XDİ/XSİ fraksiyasının sədr müavini Günter Krinqs Almaniyada terror təhlükəsi riskinə işarə edib: "İŞİD tərəfdarı olduğu iddia edilən şəxsin Berlində tutulması Almaniyada terror təhlükəsinin nə qədər real olduğunu nümayiş etdirir. Burada terror hücumları planlaşdıran hər kəs qorunan şəxs statusunu saxlamamalı və yaşayış hüququnu itirməlidir", - o deyib.

Onun sözlərinə görə, bu cür şəxslər tez və daim deportasiya edilməlidir. "Əlbəttə, Suriyaya da. Dövlət təhlükəsizliyimizi təhdid edənləri deyil, əhalini qorumağa borcludur", - G.Krinqs deyib.

Bazar günü "Bild" qəzeti xəbər verib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyanın paytaxtında terror aktı planlaşdırdığı güman edilən 22 yaşlı suriyalını Berlinin Noykyoln rayonunda saxlayıblar. Abdullah R. şənbə günü saxlanılıb və həbs edilib. O, "qanlı qırğınlar"ı planlaşdırmaqda şübhəli bilinir.

Son xəbərlər

Bütün Xəbər Lenti