Almaniyanın Ankaradakı səfirliyi mümkün terror hücumu təhlükəsinə görə bağlanılıb

Digər ölkələr
  • 17 mart, 2016
  • 08:23
Almaniyanın Ankaradakı səfirliyi mümkün terror hücumu təhlükəsinə görə bağlanılıb

Bakı. 17 mart. REPORT.AZ/ Almaniyanın Türkiyədəki səfirliyi mümkün terror hücumu təhlükəsi səbəbiylə bağlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda, həmçinin İstanbuldakı Baş Konsulluq və alman məktəbinin də bağlandığı yer alıb.