Almaniyalı nümayəndə: Bu gün şəhərlərdə əlilliyi olan şəxslər üçün hərəkət əlçatanlığı tam təmin olunmayıb

Digər ölkələr
  • 20 may, 2026
  • 12:41
Almaniyalı nümayəndə: Bu gün şəhərlərdə əlilliyi olan şəxslər üçün hərəkət əlçatanlığı tam təmin olunmayıb

Bu gün şəhərlərdə əlilliyi olan şəxslər üçün hərəkət əlçatanlığı tam təmin olunmayıb.

"Report" xəbər verir ki, bunu Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin (BMZ) Afrika üzrə baş direktoru Birgit Pikel Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində BMT-nin Qlobal Əlillik Fondunun təşkil etdiyi "Təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, əlilliyi olan şəxslər cəmiyyətin bir parçasıdır, amma onlar diqqətdən kənarda qalırlar:

"Əlilliyi olan şəxslər üçün şəhərlərdə hərəkət əlçatan olmalıdır. Çünki dünyada 1.3 milyard əlilliyi olan şəxs var və onların yarıdan çoxu şəhərlərdə yaşayır. Amma əlillərin hərəkət əlçatanlığı heç də tam təmin edilməyib. Şəhərlərin hamısını inklüziv etmək lazımdır".

44 filmi