Almaniyada son iki ayda beşinci bank soyğunu baş verib

Digər ölkələr
  • 15 fevral, 2026
  • 08:05
Almaniyada son iki ayda beşinci bank soyğunu baş verib

Almaniyada son iki ayda ən azı beşinci bank soyğunu baş verib.

"Report" xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Qeyd olunub ki, Bremen yaxınlığındakı Ştur şəhərində soyğunçular yerli Volksbank filialının zirzəmisinə işıq quyusu vasitəsilə girib və 14 seyf qutusunu talan ediblər.

Seyflərin içindəkilər bank sirri olduğundan dəyən ziyanın miqdarı hələlik məlum deyil. Soyğun zamanı cinayətkarlar bankın zirzəmisinə naməlum maye püskürdüblər. Ehtimal olunur ki, bu, filial işçilərinin narahatlıq və ürəkbulanma şikayətlərinə səbəb olub.

Yanğınsöndürənlər və təcili yardım işçiləri çağırışa cavab verərək iki işçiyə tibbi yardım göstəriblər. Binada olan şəxslər təxliyə edilib. Testlər zamanı təhlükəli maddələrin yüksək konsentrasiyası aşkar edilməyib.

Soyğunçuluqda ittiham olunanlara gəldikdə isə, şahidlər bank binasından qara maşına doğru gedən mavi kombinezonlu üç nəfəri görüblər. Oğruların axtarışı davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti