Almaniyada gimnaziyaya hücum edən yeniyetmənin silahı atəş açmayıb

Digər ölkələr
  • 09 iyul, 2026
  • 03:57
Almaniyada gimnaziyaya hücum edən yeniyetmənin silahı atəş açmayıb

Bavariyanın Şonqau şəhərindəki orta məktəbə hücum etməkdə şübhəli bilinən yeniyetmə bir atəş açmağı bacarıb, sonra silahı sıradan çıxıb.

"Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt jurnalistlərə bildirib.

"Cinayətkar gimnaziyaya odlu silahla yaxınlaşıb və bir atəş açıb, lakin heç kimə xəsarət yetirməyib. Daha sonra silah sıradan çıxıb", - nazir deyib.

Onun sözlərinə görə, yeniyetmə daha sonra insanlara bıçaqla hücum edib. 13 yaşlı iki qız yaralanıb, lakin onların həyatı təhlükədə deyil. Müəllimlər və polis əməkdaşları hücumçunu zərərizləşdirməyə nail olublar.

Bavariyanın daxili işlər naziri Yoahim Herrman bidirib ki, şübhəli şəxs Xorvatiya vətəndaşıdır, valideynləri ilə yaşayır və əvvəllər psixiatrik müalicə alıb.

Polisə hücumla bağlı zəng yerli vaxtla təxminən saat 12:50 radələrində (Bakı vaxtı ilə saat14:50), idman zalında dərslər davam edərkən daxil olub.