Almaniyada liberallar "Yamayka koalisiyası"na daxil olmaqdan imtina edib

Digər ölkələr
  • 20 noyabr, 2017
  • 04:16
Almaniyada liberallar Yamayka koalisiyasına daxil olmaqdan imtina edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Almaniyanın Azad Demokratik Partiyası Angela Merkelin rəhbəri olduğu partiya və “yaşıllar"la birgə parlament koalisiyası yaratmağa dair danışıqları tərk edib.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə liberalların fraksiyasının rəhbəri Kristian Lindner deyib.

"Pis idarə etməkdənsə, ümumiyyətlə idarə etməmək daha yaxşıdır", - deyə o bildirib.

Bir müddət əvvəl A. Merkel hökumətin formalaşdırılması üçün "Yamayka koalisiyası" ( koalisiyada iştirak edən partiyaların rənğləri – qara, sarı və yaşıl Yamayka bayrağının rənğlərinə təsadüf edir - red.) danşıqların başladığın elan etmişdi.