​Almaniyada bomba həyəcanı səbəbindən Türkiyəyə uçan təyyarənin sərnişinləri təxliyyə edilib

Digər ölkələr
  • 05 iyul, 2016
  • 15:57
​Almaniyada bomba həyəcanı səbəbindən Türkiyəyə uçan təyyarənin sərnişinləri təxliyyə edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Almaniya polisi Kassel hava limanından Türkiyəyə uçan təyyarənin sərnişinlərini təxliyə etməyə məcbur olub. Buna təyyarədə bomba partlayacağı barədə xəbər səbəb olub.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı "Kassel-live" portalı yayıb.
Yerli KİV-lər bildirib ki, anonim zəng "Turkish Airlines" aviaşirkəti ilə Kassel hava limanı arasında aparılan danışıqlar başa çatandan bir neçə saat sonra daxil olub.

Danışıqların məzmunu barədə məlumat verilmir.