Almaniya və Britaniya Atlantik okeanında Rusiyanın sualtı qayıqlarını izləyəcəklər
- 24 oktyabr, 2025
- 05:07
Almaniya Hərbi Dəniz Qüvvələrinin təyyarələri Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarını "izləmək" üçün şimali Atlantika üzərində Britaniyanın Hərbi Hava Qüvvələrinin missiyasına qoşulacaq.
"Report"un məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
"Böyük Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını birgə izləyəcəklər. Növbəti aylarda Almaniya Hərbi Dəniz Qüvvələrinin "Boeing P-8 Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarələrindən biri şimali Atlantikada Britaniyanın Hərbi Hava Qüvvələri ilə gələcək birgə əməliyyatları ərəfəsində ilk dəfə Lossimuta (Britaniyanın Hərbi Dəniz Qüvvələrinin bazası-red) gedəcək", - açıqlamada bildirilir.
Daha əvvəl "The Times" Britaniyanın Hərbi Dəniz Qüvvələrinin süni intellekt texnologiyasından istifadə edərək Rusiya sualtı qayıqlarının hərəkətlərini izləməyi planlaşdırdığını bildirib.