Almaniya Ukraynaya “Leopard” tankları və pilotsuz təyyarələr verəcək
Digər ölkələr
- 11 iyul, 2023
- 10:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Almaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib".
“Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində təşkil olunan ictimai forumda deyib.
Onun sözlərinə görə, ən düzgün yol Ukraynanı lazım olduğu qədər dəstəkləməkdir.
Nazir qeyd edib ki, yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, döyüş sursatları və pilotsuz təyyarələr daxildir.
Bundan başqa, yeni hərbi yardım çərçivəsində Almaniya Ukraynaya “Leopard” tankları, minatəmizləmə texnikası və 20 minə yaxın döyüş sursatı verəcək.
Qeyd edək ki, Berlin sonuncu dəfə may ayında Kiyevə hərbi yardım paketi ayırıb.
Son xəbərlər
12:00
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalı xərcini 3 %-dən çox artırıb
Biznes
11:59
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib
Daxili siyasət
11:56
Sabah Bakıda hava yağmursuz olacaq
Ekologiya
11:52
"Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırmağı planlaşdırır
Futbol
11:51
Azərbaycanda tullantılardan bioqaz istehsalı üçün anaerob parçalama zavodları tikiləcək
Sənaye
11:39
Video
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
11:34
Azərbaycan 2060-cı ilə qədər binalarda qaz isitmə sistemlərindən tam imtina edəcək
İnfrastruktur
11:30
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Hadisə
11:26
İlham Əliyev Kamboca Kralını təbrik edib
Xarici siyasət