Almaniya Ukraynaya 6 “Gepard” özüyeriyən zenit-raket kompleksi və digər texnikalar verəcək

Digər ölkələr
  • 13 iyul, 2023
  • 13:37
Almaniya Ukraynaya 6 “Gepard” özüyeriyən zenit-raket kompleksi və digər texnikalar verəcək

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi yardım paketinə 6 “Gepard” özüyeriyən zenit-raket kompleksi, 3230 ədəd 155 mm-lik artilleriya mərmisi, IRIS-T SLM hava hücumundan müdafiə sistemi üçün 10 lazer təyinedicisi və eyni sayda atəşə nəzarət sistemi daxildir.

İspaniya yaralıların təxliyəsi üçün Ukrayna sərhədçilərinə səyyar xəstəxana və tibbi ləvazimatlar verəcəyini elan edib.