Almaniya kəşfiyyatı: “Rusiyada daha bir milyona yaxın insan səfərbərliyə cəlb edilə bilər”
- 22 fevral, 2023
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
“Rusiyada daha bir milyona yaxın insan səfərbərliyə cəlb edilə bilər”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri Bruno Kahl deyib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin danışıqlara hazır deyil və ona görə də 1 milyon insan müharibəyə çağırıla bilər.
Kahl bildirib ki, Moskvanın başlatdığı müharibə bu dövlətin istədiyi kimi davam etmir. O qeyd edib ki, Ukraynanın uğuru isə Qərbin davamlı dəstəyindən asılı olacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı da Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunacağı ehtimalını irəli sürüb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.