Almaniya kansleri: "Putin müharibədə qalib gəlməməlidir"

Digər ölkələr
  • 06 may, 2022
  • 13:31
Almaniya kansleri: Putin müharibədə qalib gəlməməlidir
Olaf Şols

"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir və gəlməyəcək".

“Report” “Bild”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts mayın 6-da Hamburq şəhərində keçirilən tədbirdə bildirib.

"Rusiyanın Ukraynaya təcavüzü zamanımız üçün böyük fəlakətdir. Bu təcavüzkar və dağıdıcı müharibədən sonra dünya əvvəlki kimi olmayacaq, o artıq elə deyil”, - o vurğulayıb.