Almaniya İŞİD-ə qarşı əməliyyatda iştirakını davam etdirəcək

Digər ölkələr
  • 18 sentyabr, 2019
  • 12:56
Almaniya İŞİD-ə qarşı əməliyyatda iştirakını davam etdirəcək

Almaniya hökumətinin iclası zamanı Almaniya Silahlı Qüvvələrinə Qərb koalisiyasının İŞİD-ə qarşı əməliyyatlarında və İraq təhlükəsizlik qüvvələrinə təlimlər keçirilməsində iştirak etmək üçün verilən mandatın müddəti uzadılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin saytında bildirilib.

Qeyd olunur ki, bundesver İŞİD-ə qarşı missiyada 2020-ci il martın 31-dək iştirak edəcək.