Almaniya hökuməti Suriyadakı antiterror əməliyyatlarında iştirakla bağlı qərar qəbul edib

Digər ölkələr
  • 01 dekabr, 2015
  • 09:21
Almaniya hökuməti Suriyadakı antiterror əməliyyatlarında iştirakla bağlı qərar qəbul edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Almaniya hökuməti Silahlı Qüvvələrinin Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə iştirakına dair qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "France Presse" məlumat yayıb.

Qeyri-rəsmi mənbənin bildirdiyinə görə, parlament bu qərarı təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək. 

Məlumata görə, Fransa hökuməti noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra Almaniyadan Suriyadakı antiterror əməliyyatlarında iştirak etməsini istəyib.