Aleksandr Novak: “Şimal axını 2” layihəsinin tikintisi sanksiyalardan asılı olmayaraq başa çatdırılacaq”

Digər ölkələr
  • 25 dekabr, 2019
  • 22:48
Aleksandr Novak: “Şimal axını 2” layihəsinin tikintisi sanksiyalardan asılı olmayaraq başa çatdırılacaq”

Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, “Şimal axını - 2” (“Nord Stream 2”) təbii qaz boru kəmərinin tikintisi sanksiyalardan asılı olmayaraq başa çatdırılacaq.

"Report" xəbər verir ki, bu barədə nazir "RBK" saytına müsahibəsində bildirib. 

“Sanksiyalardan asılı olmayaraq, boru kəmərinin tikinitisi başa çatdırılacaq. Hazırda 160 km boru çəkmək qalıb”.

O qeyd edib ki, “Allseas” şirkətinin boru kəmərinin tikintisini tamamlaya bilməyəcəyini söyləmək hələ tezdir.

A. Novakın sözlərinə görə, şirkət sanksiya risklərini aradan qaldırmaq üçün işləri dayandırıb və izahat tələbi ilə ABŞ Maliyyə Nazirliyinə müraciət edib.

Qeyd edək ki, “Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb. Ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır. “Şimal axını 2” ilə Rusiyanın Baltik dənizindən keçməklə Almaniyaya təbii qaz ixracı ildə 110 milyard kubmetri keçəcək.