Albaniyada "TikTok"dan istifadəyə qoyulan qadağa götürülüb

Digər ölkələr
  • 05 fevral, 2026
  • 14:07
Albaniyada TikTokdan istifadəyə qoyulan qadağa götürülüb

Albaniyada "TikTok" sosial media platformasının istifadəsinə yenidən icazə verilib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Belə ki, yeni qərara əsasən, Milli Kibertəhlükəsizlik Orqanına əvvəllər tətbiq edilmiş texniki məhdudiyyətlərin icrasını dərhal dayandırmaq tapşırılıb.

Bu qərar rəqəmsal mühitdə ictimai və sosial təhlükəsizlik sahəsində mövcud problemlərin artıq həll olunduğu ilə əsaslandırılıb.

Xatırladaq ki, 2025-ci il martın 6-da "TikTok"un mənfi təsirlərinə qarşı 151 nömrəli müvəqqəti tədbirlərin tətbiqi barədə qərar verilmişdi. Ölkədə sözügedən sosial şəbəkədən istifadəyə qadağa qoyulmasına səbəb 14 yaşlı yeniyetmənin qətlə yetirilməsi olmuşdu. Həmin vaxt Baş nazir Edi Rama sosial şəbəkələri zorakılıq və təzyiqin (bullinqin) mənbəyi kimi qiymətləndirmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti