Albaniya İraq Kürdüstan Regionu ilə əməkdaşlıq etmək istəyir
- 07 iyul, 2026
- 05:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Albaniya İraq Kürdüstan Regionu ilə əməkdaşlıq etmək istəyir.
"Report" xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Hoxha İraq Kürdüstan Regionunun Baş nazirinin müavini Qubad Tələbani ilə görüşdə deyib.
"Biz regiondakı son proseslər barədə fikir mübadiləsi apardıq və turizm, iqtisadi əlaqələr və insanlararası təmaslar da daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə etdik", - o bildirib.
F. Hoxha Albaniyanın İraq Kürdüstan Regionu ilə sabitliyə, rifaha və regional əməkdaşlığa töhfə verməklə yanaşı, hər iki tərəfə fayda gətirə biləcək tərəfdaşlıq yollarını araşdırmağa hazır olduğunu da vurğulayıb.
It was a pleasure to meet with the Deputy Prime Minister of the Kurdistan Region of Iraq, H.E. Mr. Qubad Talabani, @qubadjt
— Ferit Hoxha🇦🇱 (@HoxhaFer) July 6, 2026
We exchanged views on the latest regional developments and discussed opportunities to expand cooperation in areas of mutual interest, including tourism,… pic.twitter.com/9Z9DBFsXp4