"Al-Arabiya": Misir HƏMAS-a İsraillə hərtərəfli razılaşma üçün yeni təklif təqdim edib

Digər ölkələr
  • 14 avqust, 2025
  • 00:50
Al-Arabiya: Misir HƏMAS-a İsraillə hərtərəfli razılaşma üçün yeni təklif təqdim edib

HƏMAS nümayəndə heyəti İsraillə mümkün razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gəlib.

"Report" xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Bildirilib ki, HƏMAS hərtərəfli sazişlə bağlı Misirə tələblərini təqdim edib. Məlumatda rəsmi Qahirənin də, öz növbəsində, HƏMAS-a hərtərəfli razılaşma üçün yeni təklif təqdim etdiyi vurğulanıb.

"HƏMAS girovların həyatını qoruyacağına söz verib və İsrailin razılaşdırılmış nöqtələrə geri çəkilməsi müqabilində özlərinin də döyüşçülərini geri çəkməyə hazır olduğunu ifadə edib", - telekanal bildirib.

Həmçinin İsrailin Qəzzanı işğal planını dayandırması və yenidən müharibə aparmayacağına dair beynəlxalq zəmanətlərlə yazılı anlaşma əldə edilməsi tələbləri də irəli sürülüb.