AK rəhbəri Trampla danışıqdan Rusiyaya 19-cu sanksiyalar paketini açıqlayıb
- 17 sentyabr, 2025
- 02:32

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Avropa İttifaqının Rusiya əleyhinə 19-cu sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.
"Report"un xəbərinə görə, bununla bağlı paylaşım avropalı rəsminin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Onun sözlərinə görə, məhdudiyyətlər kriptovalyutalar, banklar və enerji sektoru ilə bağlı tədbirləri əhatə edəcək.
"ABŞ Prezidenti ilə əlavə tədbirlər vasitəsilə Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün birgə səylərimizi gücləndirmək barədə səmərəli söhbətim oldu. (Avropa) Komissiyası tezliklə kriptovalyuta, banklar və enerjini hədəf alan 19-cu sanksiyalar paketini təqdim edəcək.
Rusiyanın qalıq yanacaqla işləyən müharibə iqtisadiyyatı Ukraynada qan tökülməsini maliyyələşdirir.
Buna son qoymaq üçün Komissiya Rusiyanın qalıq yanacaq idxalının dayandırılmasını sürətləndirməyi təklif edəcək", - fon der Lyayen yazıb.