"İstəklilər koalisiyası" ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıb

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 22:47
İstəklilər koalisiyası ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıb

Ukraynanı dəstəkləyən Avropa ölkələrinin liderləri "istəklilər koalisiyası" çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə videokonfrans zamanı Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsində israr ediblər.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.

"Avropa tərəfdaşlarla birlikdə ədalətli və dayanıqlı sülh yollarını axtardığı bir vaxtda, Rusiya Kiyevə hücumlarını gücləndirib, həmçinin Moldova və Rumıniyanın hava məkanını pozub", – Ursula fon der Lyayen deyib.

Onun sözlərinə görə, avropalılar ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar: "Çünki təzyiq Rusiyanın reaksiya verdiyi yeganə üsul olaraq qalır, biz onu sülhə doğru etibarlı yola çıxmaq üçün səmimi istək yaranana qədər gücləndirməyə davam edəcəyik. Bunun üçün sıx transatlantik əməkdaşlıq vacibdir, çünki bu nəticə verir – birgə sanksiyalar Rusiyanın öz aqressiv müharibəsini aparmaq üçün istifadə edə biləcəyi resursları azaldır".

AK rəsmisi vurğulayıb ki, "istəklilər koalisiyası" Ukraynanı dəstəkləməyə davam edəcək və danışıqlarda əsas məsələ ölkənin maliyyələşdirilməsi, o cümlədən dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlıdır.

"Ukraynanın maraqları – bizim maraqlarımızdır", – fon der Lyayen yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti