Aİ yanvarda Kiyevə 18 milyard avroluq yardımın ilk tranşını köçürəcək

Digər ölkələr
  • 13 yanvar, 2023
  • 16:25
Aİ yanvarda Kiyevə 18 milyard avroluq yardımın ilk tranşını köçürəcək

Avropa İttifaqının Kiyev üçün 2023-cü il üçün ümumi həcmi 18 milyard avro olan makro-maliyyə yardımı proqramının birinci tranşı yanvarda köçürüləcək.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında deyib.

"Bu makro-maliyyə yardım proqramı Aİ-nin tərəfdaş ölkəyə ayırdığı ən böyük yardım proqramıdır", - Lyayen bildirib.

44 - Tezliklə