Aİ Venesueladakı vəziyyətlə bağlı təmkinli olmağa çağırıb
Digər ölkələr
- 03 yanvar, 2026
- 15:21
Avropa İttifaqı (Aİ) ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat fonunda təmkinli olmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində yazıb.
K.Kallasın sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio, eləcə də Aİ-nin Karakasdakı səfiri ilə danışıqlar aparıb.
"Aİ dəfələrlə cənab Nikolas Maduronun legitimliyinin olmadığını bildirib və hakimiyyətin sülh yolu ilə ötürülməsini dəstəkləyib. İstənilən halda beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinə əməl edilməlidir. Biz təmkinli olmağa çağırırıq", - o yazıb.
K.Kallas Aİ vətəndaşlarının təhlükəsizliyinə xüsusi diqqət çəkərək, onların müdafiəsinin Avropa İttifaqı üçün əsas məsələ olduğunu vurğulayıb.
Son xəbərlər
14:36
"Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
Komanda13:47
Qalibaf: ABŞ danışıqlarda İranın etibarını qazana bilmədi
Region13:36
Mark Kasado "Barselona"dan ayrılmaq qərarına gəlib
Futbol13:25
İsrailin son saatlarda Livana hava hücumları nəticəsində onlarla insan ölüb
Digər ölkələr13:09
Yol polisi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Hadisə12:50
Sabunçuda qohumunun evindən 320 min manat oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib
Hadisə12:32
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, dolu düşəcək
Ekologiya12:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Futbol12:25