Aİ və NATO hərbçiləri "fantom donanma"nın qarşısını almaq üçün tədbirləri müzakirə edəcək
- 02 oktyabr, 2025
- 19:57

Ukrayna ilə bağlı istəklilərin koalisiyasında iştirak edən Avropa ölkələrinin baş qərargah rəisləri NATO ilə koordinasiyada Rusiya neft məhsullarını daşıyan "fantom donanma"nın fəaliyyətinin qarşısını almaq üçün yeni tədbirləri müzakirə edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Kopenhagendə Avropa Siyasi Birliyinin sammitinin yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
"Biz bu qaçaqmalçılıqla məşğul olan şübhəli gəmilər sularımızda peyda olarkən ediləcək işlərdə irəliyə doğru addım atmaq qərarına gəldik. Yaxın günlərdə baş qərargah rəislərimiz "istəklilər koalisiyası" çərçivəsində NATO ilə koordinasiya əsasında "fantom donanma"nın fəaliyyətini pozan bu siyasəti həyata keçirmək üçün növbəti həftələr üçün birgə tədbirlər hazırlamaq üçün görüşəcəklər", - o deyib.