Aİ və Hindistan bu ilin sonunadək Azad Ticarət Sazişi imzalayacaq
- 17 iyun, 2026
- 16:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) və Hindistan bu ilin sonunadək Azad Ticarət Sazişi imzalayacaq.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta Hindistanın Baş naziri Narendra Modi ilə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
"İlin sonunadək biz Azad Ticarət Sazişini imzalayacağıq. Həmçinin investisiya sazişi üzərində işi sürətləndirəcəyik. Biz təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəyik və IMEC-i (Hindistan - Yaxın Şərq - Avropa iqtisadi dəhlizi) təşviq edərək əlaqələri yaxşılaşdırmaq üçün səylərimizi birləşdirəcəyik", - Koşta yazıb.
Dear @narendramodi, it is a pleasure to meet again so soon.
— António Costa (@eucopresident) June 17, 2026
Since we have concluded the mother of all trade deals, we have been moving fast to deliver on our commitments.
We will sign the Free Trade Agreement by the end of the year.
And accelerate work on an investment… pic.twitter.com/mIygKz0Jcs