Aİ Ukrayna və Moldova ilə yeni danışıqlar klasterinin açılmasını təsdiqləyib

Digər ölkələr
  • 10 iyul, 2026
  • 18:14
Aİ Ukrayna və Moldova ilə yeni danışıqlar klasterinin açılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri iyulun 10-u Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı altıncı danışıqlar klasterinin açılmasını razılaşdırıblar.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta sosial şəbəkələrdə yazıb.

"Biz daha dayanıqlı bir Avropa qururuq: bu, Ukrayna və Moldovanı Aİ-yə yaxınlaşdıran daha bir addımdır", - Koşta yazıb.

Onun sözlərinə görə, Aİ Kiyev və Kişineunun Avropa yolunu dəstəkləməkdə davam edir.

Ukrayna dəfələrlə qalan beş danışıqlar klasterinin artıq iyul ayında açılmasında israr edib. Avropa Komissiyası da bu mövqeyi dəstəkləyib. Avropa Komissiyasının qiymətləndirməsinə görə, Ukrayna bunun üçün bütün lazımi şərtləri artıq yerinə yetirib. Lakin bəzi Aİ ölkələri, o cümlədən Macarıstan, Avropaya inteqrasiya üzrə danışıqlarda ənənəvi yolla, yəni nailiyyətlər əsasında getməyin lazım olduğunu israr edirdilər.

Dublinin qiymətləndirməsinə görə, bu qərarlar Aİ-nin genişlənmə siyasətinə yeni təkan verir.