Aİ Ukrayna üçün 90 milyard avroluq kredit mexanizmini işə salmağı planlaşdırır

Digər ölkələr
  • 17 fevral, 2026
  • 16:50
Aİ Ukrayna üçün 90 milyard avroluq kredit mexanizmini işə salmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) Ukrayna üçün 90 milyard avro məbləğində kredit layihəsi üzrə hüquqi və texniki prosedurların hazırlanmasını yekunlaşdırır, vəsaitin apreldə verilməsinə başlamaq planlaşdırılır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis Aİ-nin İqtisadiyyat və Maliyyə Şurasının (ECOFIN) iclasından əvvəl bildirib.

Onun sözlərinə görə, iclasda Aİ ölkələrinin nazirlərinə SAFE müdafiə proqramının icrasının gedişi barədə yenilənmiş məlumat təqdim olunacaq. Bu təşəbbüs çərçivəsində Avropa İttifaqının üzvü olan 16 dövlətin ümumi dəyəri 113 milyard avro olan investisiya planları artıq müsbət qiymətləndirilib.

Avropa komissarı əlavə edib ki, iclas iştirakçılarına qüvvədə olma müddəti cari ilin avqustun sonunda başa çatacaq bərpa və dayanıqlılıq mexanizminin icrası barədə məlumat təqdim olunacaq.

"İndi diqqəti bərpa və dayanıqlılıq planlarına yönəltməyin vaxtıdır", - Dombrovskis vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti