​Aİ Türkiyə ilə miqrasiya böhranının həll prinsiplərini razılaşdırıb

Digər ölkələr
  • 07 mart, 2016
  • 23:59
​Aİ Türkiyə ilə miqrasiya böhranının həll prinsiplərini razılaşdırıb

Bakı. 8 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Türkiyə ilə miqrasiya böhranının əsas həll prinsiplərini razılaşdırıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva məlumat verib.

"Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Aİ sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə qaçqın böhranının birgə həlli ilə bağlı əsas prinsiplər barədə razılıq əldə edib", — deyə Andreyeva "twitter"də yazıb.

Lüksemburqun baş naziri Ksavye Bettel bundan əvvəl bəyan etmişdi ki, Tusk Aİ-nin martın 17 və 18-nə təyin olunmuş növbəti sammitinədək Türkiyə tərəfi ilə miqrasiya planının detallarını hazırlayacaq. Onun sözlərinə görə, altı prinsip əsasında işləmək barədə razılıq var. Bununla belə baş nazir bu prinsipləri açıqlamayıb.