Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kiyevdədir

Digər ölkələr
  • 13 oktyabr, 2025
  • 11:13
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kiyevdədir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiyevə səfər edib.

"Report" xəbər verir ki, bu barədə K.Kallas "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.

"Ukraynalılar cəsarətləri ilə bütün dünyanı ilhamlandırırlar. Onların dözümlülüyü bizim tam dəstəyimizi tələb edir. Bu gün mən maliyyə və hərbi dəstək, Rusiyanın hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi və Ukraynanın enerji sektorunun təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq üçün Kiyevdəyəm", - o yazıb.

Son xəbərlər

Bütün Xəbər Lenti