Aİ-nin dörd ölkəsi Rusiyanın qeyri-biometrik pasportlarını tanımayacaq

Digər ölkələr
  • 17 avqust, 2026
  • 12:25
Aİ-nin dörd ölkəsi Rusiyanın qeyri-biometrik pasportlarını tanımayacaq

İsveç, Belçika, Niderland və Lüksemburq oktyabrın 1-dən etibarən Rusiyanın qeyri-biometrik (köhnə, beşillik) xarici pasportlarını tanımayacaq.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib.

İsveç hakimiyyəti qeyd edib ki, əgər Şengen vizası və ya yaşamaq icazəsi oktyabrın 1-dək alınıbsa, rusiyalılar bu sənədlərlə 2026-cı ilin sonunadək ölkə ərazisinə buraxılacaqlar.

Rusiya Turoperatorları Assosiasiyası qeyd edib ki, yeni məhdudiyyətlər qüvvəyə mindikdən sonra Rusiyanın qeyri-biometrik xarici pasportları artıq 15 Avropa ölkəsində tanınmayacaq.

Daha əvvəl Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya və Estoniya Rusiyanın beşillik xarici pasportlarını qəbul etməyi dayandırıb.