Aİ-nin ali nümayəndəsi: ABŞ ilə tərəfdaşlığın davamını gözləyirik
Digər ölkələr
- 20 yanvar, 2025
- 17:50
Avropa İttifaqı (Aİ) ABŞ-la tərəfdaşlığının davamını gözləyir.
“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinə başlaması münasibətilə “X”-dəki hesabında yazıb.
O, Trampı ikinci müddətə vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib. "Transatlantik əlaqə Atlantik okeanın hər iki tərəfinə firavanlıq və güc gətirdi. Biz qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə daha güclü və təhlükəsizik”, - o bildirib.
Xatırladaq ki, ABŞ-də 2024-cü ilin noybrında keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlib. O, bu gün and içib və vəzifəsinin icrasına başlayıb.
Son xəbərlər
09:24
"Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi" mövzusunda regional konfrans keçiriləcək
Din09:21
Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Region09:20
"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş Braziliya klubuna keçir
Futbol09:08
Tiaqo Motta "Fiorentina" ilə anlaşıb
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.09.2026)
Maliyyə08:55
Jorjinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Futbol08:38
Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika08:32
Alimlər 1-ci tip diabetin iki fərqli xəstəlik ola biləcəyini aşkarlayıblar
Elm və təhsil08:12
Foto