Aİ-nin 2030-cu ilə qədər müdafiə imkanlarının sürətli artımını nəzərdə tutan yol xəritəsi təsdiqlənib

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 17:26
Aİ-nin 2030-cu ilə qədər müdafiə imkanlarının sürətli artımını nəzərdə tutan yol xəritəsi təsdiqlənib

Avropa Komissiyası (AK) Aİ-nin 2030-cu ilə qədər müdafiə imkanlarının sürətli artımını və müdafiəyə genişmiqyaslı investisiyaları nəzərdə tutan müdafiə hazırlığı üzrə yol xəritəsini təsdiq edib.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu komissiyanın vitse-prezidenti Henna Virkkunen bu gün AK kollegiyasının yekunlarına əsasən bildirib.

"Rearm Europe - Readiness 2030" planı çərçivəsində ümumi sərmayələr 800 milyard avro təşkil edəcək.

"Biz indi hərəkət etməli, cəld hərəkət etməli və birlikdə hərəkət etməliyik", - H.Virkkunen bildirib.

Avropa Komissiyasının məlumatına görə, Aİ ölkələrinin müdafiə xərcləri dörd il ərzində təqribən iki dəfə artaraq 2020-ci ildəki 218 milyard avrodan 2024-cü ildə 392 milyard avroya qədər artıb.

Yeni plan investisiyaların, o cümlədən müdafiə və kosmos proqramlarının maliyyələşdirilməsinin beş dəfə və Aİ-nin növbəti yeddiillik büdcəsində hərbi xərclərin on dəfə artırılmasını nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti