Aİ Moldova ilə rəsmi olaraq üzvlük danışıqlarına başlayıb

Digər ölkələr
  • 16 iyun, 2026
  • 01:13
Aİ Moldova ilə rəsmi olaraq üzvlük danışıqlarına başlayıb

Avropa İttifaqı Moldovanın birliyə qoşulması ilə bağlı rəsmi danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə Lüksemburqda keçirilən ilk hökumətlərarası konfransdan sonra Avropa Komissarı Marta Kos bildirib.

"Moldova Avropa İttifaqı ilə danışıqlarda ilk "əsaslar" qrupunu açıb", - deyə o əlavə edib.

Moldova ilə danışıqlara başlamaq qərarı tamamilə Ukrayna ilə bağlı oxşar qərardan asılı idi, çünki bu iki ölkə vahid genişlənmə qrupunda birləşib və bütün mərhələləri sinxron şəkildə keçməlidir.

"Əsaslar" (fundamental müddəalar) danışıqlar qrupu beş fəsildən ibarətdir: ədalət, azadlıq və təhlükəsizlik; hüquqi və fundamental hüquqlar; maliyyə nəzarəti; dövlət satınalmaları; statistika. Bütün bu sahələrdə namizədlər qanunvericiliklərini Aİ standartlarına tam uyğunlaşdırmalıdırlar. Aİ-yə qoşulmaq üçün bir ölkə beş qrupa bölünmüş 33 fəsil üzrə danışıqları başa çatdırmalıdır.