Aİ İsrailə qarşı sanksiyaların müzakirəsini Misirdəki danışıqlara görə dayandırıb
- 07 oktyabr, 2025
- 15:22

Avropa İttifaqı (Aİ) İsrailə qarşı sanksiyaların müzakirəsini ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhə nail olunması planına uyğun olaraq Misirdə davam edən danışıqlarla əlaqədar dayandırıb.
"Report" xəbər verir ki, bu barədə "EuObserver" Avropadakı diplomatik mənbələrə istinadən bildirib.
Məlumata görə, hətta Aİ Şurasının aşağı səviyyəli işçi qrupları da bu həftə Brüsseldə Avropa Komissiyasının sanksiya təklifini müzakirə etməyəcək.
Buna səbəb Almaniya və İtaliyanın ABŞ Prezidenti Donald Trampın atəşkəs planının Misirdəki müzakirəsinin nəticələrini gözləmək qərarı ilə bağlıdır.
Aİ diplomatının sözlərinə görə, Berlin və Romanın dəstəyi olmadan əksəriyyət azad ticarət sazişlərinin və elmi qrantların dayandırılmasını nəzərdə tutan sanksiyaların tərəfdarı olmayacaq, israilli nazirlərin "qara siyahı"ya daxil edilməsi kimi ciddi tədbirlərdən isə söhbət belə getmir.