Aİ İsrail hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq edə bilər
- 16 avqust, 2024
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilindəki Cit kəndində israilli mühacirlərin fələstinlilərə hücumlarından sonra İsrail hökumətinin üzvlərinə qarşı sanksiyaların tətbiq olunması məsələsini nəzərdən keçirəcək.
“Report”xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrel “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Biz fələstinli mülki əhalini qorxutmaq üçün mühacirlərin Cit kəndinə hücumlarını pisləyirik. İsrail hökumətinin bəzi üzvləri də daxil olmaqla, təcavüzkar mühacirlərin əməllərinə şərait yaradanlara qarşı sanksiyaların tətbiq edilməsini təklif etmək niyyətimi təsdiqləyirəm”, - o bildirib.
The Israeli government must stop these unacceptable actions immediately..
— Josep Borrell Fontelles (@JosepBorrellF) August 16, 2024
I confirm my intention to table a proposal for EU sanctions against violent settlers’ enablers, including some Israeli government’s members. 2/2