Avropa İttifaqı HƏMAS-ın siyasi liderlərinə sanksiya qoyub

Digər ölkələr
  • 16 yanvar, 2024
  • 13:02
Avropa İttifaqı HƏMAS-ın siyasi liderlərinə sanksiya qoyub

Avropa İttifaqı (Aİ) HƏMAS-ın siyasi lideri Yəhya Sinvara qarşı sanksiya tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının açıqlamasında qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Aİ HƏMAS-ın hərbi komandanlığının iki nümayəndəsinə - Məhəmməd əl-Deyf, “Əl-Kassam İzəddin briqadası”dan onun müavini Marvan İssaya sanksiya tətbiq etmişdi.