Aİ Fransa və İspaniyaya meşə yanğınlarına qarşı mübarizə üçün təyyarə və helikopterlər göndərib

Digər ölkələr
  • 27 iyul, 2026
  • 15:21
Aİ Fransa və İspaniyaya meşə yanğınlarına qarşı mübarizə üçün təyyarə və helikopterlər göndərib

Avropa İttifaqı (Aİ) təşkilatın Mülki Müdafiə Mexanizmi çərçivəsində Fransa və İspaniyaya təyyarələr, helikopterlər və yanğınsöndürmə heyəti göndərib.

"Report"un yerli bürosu xəbər verir ki, genişmiqyaslı meşə yanğınları Avropada ən böyük təxliyələrdən birinə səbəb olub: 300 mindən çox insan təxliyə edilib.

Aİ Fransaya Çexiya, Xorvatiya, Almaniya, Portuqaliya, Slovakiya, İsveç və Türkiyədən yeddi təyyarə və dörd helikopter göndərib.

Meşə yanğınları ilə mübarizə üçün İspaniyaya Yunanıstan, İtaliya və Türkiyədən altı təyyarə, həmçinin Portuqaliyadan 134 yanğınsöndürən və 41 ədəd texnika göndərilib.

Avropa qüvvələri eyni vaxtda təkcə Fransa və İspaniyada fəaliyyətə cəlb olunmayıb, həm də Tunisə yardım göstərirlər.

44 filmi