Aİ Əfqanıstana ayrılan humanitar yardımın həcmini artıracaq
Digər ölkələr
- 24 avqust, 2021
- 08:58
Avropa İttifaqı (Aİ) Əfqanıstana ayrılan humanitar yardımın həcmini artırmaq barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen məlumat verib.
Onun sözlərinə görə, Aİ Əfqanıstana ayrılan humanitar yardımı 57 milyon avrodan 200 milyon avroyadək artıracaq.
Bildirilib ki, humanitar yardım təkcə Əfqanıstanda yaşayan insanlar üçün deyil, həmçinin ölkə hüdudlarından kənardakı qaçqınlar üçün nəzərdə tutulub.
U.Leyen həmçinin deyib ki, Əfqanıstanda yeni hakimiyyət insan hüquqlarına riayət etməyə başlayana qədər nəzərdə tutulmuş 1 milyard avroluq iqtisadi yardım dondurulub.
Son xəbərlər
07:06
Yaponiyada zəlzələ nəticəsində 20-dən çox insan xəsarət alıb – YENİLƏNİB-2
Digər ölkələr06:45
"Nvidia"nın ən böyük müştəriləri server qiymətlərinin artımı ilə bağlı xəbərdarlıq edilib
İKT06:19
Tramp Hörmüz boğazını "ABŞ-nin yeni ərazisi" kimi göstərən xəritə paylaşıb
Digər ölkələr05:46
ABŞ-nin Florida ştatında təyyarə çimərlik yaxınlığında qəzaya uğrayıb
Digər ölkələr05:18
"Hizbullah": Livanın cənubunda İran hərbçiləri yoxdur
Digər ölkələr04:56
"Real Madrid" La Liqa mövsümünə "Espanyol" üzərində qələbə ilə başlayıb
Futbol04:24
CNN: Melanoma əleyhinə peyvənd xərçəng xəstəliyinin müalicəsi üçün yeni yol aça bilər
Sağlamlıq03:43
Foto
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Hadisə03:14