Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb

Digər ölkələr
  • 31 iyul, 2026
  • 05:47
Ağ Evin rəhbəri ABŞ-nin ən iri şirkətlərindən yüz milyonlarla dollar alıb

ABŞ Prezidenti Donald Tramp öz qeyri-kommersiya layihələrinin, o cümlədən Ağ Evdə bal zalının tikintisinin maliyyələşdirilməsi üçün ölkənin ən iri şirkətlərindən 800 milyon dollardan çox ianə cəlb edib.

"Report"un məlumatına görə, bu barədə The Wall Street Journal nəşri xəbər yayıb.

Məlumata görə, vəsaitlərin toplanmasını Trump Media şirkətinin direktorlar şurasının üzvü Meredit O"Rurk həyata keçirir.

Nəşr qeyd edib ki, ən böyük donorlar arasında SoftBank, Apple, Microsoft, Amazon və Meta şirkətləri yer alır.

Vurğulanıb ki, SoftBank Trampın prezident kitabxanası üçün 50 milyon dollardan çox, Apple isə Ağ Evdə bal zalının tikintisi üçün təxminən 25 milyon dollar ayırıb. Microsoft və Amazon isə təxminən 15 milyon dollar məbləğində ianə veriblər. Bundan başqa Meta da prezidentin layihələrinə on milyonlarla dollar yönəldib.

44 - Tezliklə