Ağ Evin bunkerində təhlükəsizlik gücləndiriləcək

Digər ölkələr
  • 24 oktyabr, 2025
  • 08:29
Ağ Evin bunkerində təhlükəsizlik gücləndiriləcək

Vaşinqton administrasiyası Ağ Evin yeni ziyafət salonunun tikintisi zamanı ABŞ Prezidenti üçün yeraltı əməliyyat mərkəzində təhlükəsizliyi gücləndirmək niyyətindədir.

"Report"un məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt ənənəvi brifinqdə jurnalistlərə açıqlayıb.

"Ağ Evə bitişik ərazilərdəki hər hansı təhlükəsizlik tədbirlərində olduğu kimi, bu tədbirlər də ABŞ-nin Məxfi Xidməti tərəfindən həyata keçiriləcək və dəstəklənəcək", - o, mərkəzin modernləşdirilməsi ilə bağlı suala cavab olaraq bildirib.

Livitt əlavə məlumat verməyib.

Mərkəz Ağ Evin Şərq qanadının altında yerləşir. İkinci Dünya Müharibəsi zamanı inşa olunmuş yeraltı tikili Amerika liderinin fövqəladə hallar zamanı sığınacaq və rabitə mərkəzi kimi istifadəsi üçün nəzərdə tutulub. CBS kanalı daha əvvəl Ağ Evin Şərq qanadının altındakı bunkerin də modernləşdiriləcəyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti