Ağ Ev Venesuela sahillərində tankerlərin ələ keçirildiyi üçün neftin bahalaşacağını gözləmir
Digər ölkələr
- 21 dekabr, 2025
- 22:16
Vaşinqton administrasiyası Amerika qüvvələrinin Venesuela sahillərində neft tankerlərini ələ keçirməsi səbəbindən ABŞ-də enerji daşıyıcılarının qiymətinin artacağını proqnozlaşdırmır.
"Report" xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
"Bu, dünya təklifi ilə müqayisədə kiçik həcmdə neftdir", - o sözügedən tankerlərin daşıdığı neft barədə CBS televiziya kanalına müsahibəsində deyib.
"Ona görə də hesab etmirəm ki, ABŞ əhalisi bu gəmilərin ələ keçirilməsinə görə qiymət artımı ilə bağlı narahat olmalıdır. Onların sayı cəmi bir neçədir və onlar qara bazarla əlaqəli idilər", - deyə Hasset əlavə edib.
Son xəbərlər
01:49
ABŞ ilə Ukrayna növbəti addımları və təhlükəsizlik zəmanətlərini müzakirə edib
Digər ölkələr01:17
Koronavirusla əlaqəli zülalın damarları qoruduğu məlum olub
Sağlamlıq00:48
Türkiyə parlamenti 2026-cı ilin dövlət büdcəsini qəbul edib
Region00:22
Uitkoff: ABŞ Ukraynanın iştirakı ilə Floridada keçirilən danışıqları konstruktiv hesab edir
Digər ölkələr00:20
Maduro Venesuela neftini daşıyan tankerlərə edilən hücumları pisləyib
Digər ölkələr00:00
Bu gün Amnistiya aktının icrasına başlanacaq
Daxili siyasət23:45
Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub - YENİLƏNİB
Hadisə23:09
Video
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib
Hadisə22:59