Ağ ev: Tramp Kanadada G7 sammitində Zelenski ilə görüşəcək
Digər ölkələr
- 16 iyun, 2025
- 07:58
ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən Yeddilik Qrupunun (G7) sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Meksika Prezidenti Klaudiya Şeynbaum və Kanada Baş naziri Mark Karni ilə ikitərəfli görüşlər keçirəcək.
“Report” xəbər verir ki, bu barədə bazar günü Ağ ev əməkdaşı jurnalistlərə bildirib, onun sözlərini Vaşinqton administrasiyası başçısının mətbuat qrupu təqdim edib.
Rəsminin dediyinə görə, Tramp sammit çərçivəsində “Karni, Zelenski və Şeynbaum ilə ikitərəfli görüşlər keçirəcək”.
Qeyd edək ki, Tramp Kanadada səfərdədir. Yeddilik Qrupunun (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) sammiti 15-17 iyun tarixlərində Kanadanın Kananaskis kurort bölgəsində (Alberta əyaləti) keçiriləcək.
Son xəbərlər
08:09
Arbeloa "Fulhem"i APL-də məğlubiyyətlər seriyasından çıxara bilməyib
Futbol07:48
Çində palçıq və lil axını nəticəsində iki nəfər ölüb, 10 nəfər itkin düşüb
Digər ölkələr07:12
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub
Digər ölkələr06:41
Video
ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
Digər ölkələr06:23
Axios: Tramp və Vens Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Digər ölkələr05:50
Britaniya ABŞ-nin sanksiya tətbiq etdiyi iranlının iki penthausunun satışına icazə verib
Digər ölkələr05:17
ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
Digər ölkələr04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02