Ağ Ev İran və ABŞ arasında birbaşa danışıqların aparıldığını təsdiqləyib

Digər ölkələr
  • 11 aprel, 2026
  • 20:33
Ağ Ev İran və ABŞ arasında birbaşa danışıqların aparıldığını təsdiqləyib

ABŞ, İran və Pakistan nümayəndələri İslamabadda birbaşa danışıqlar aparırlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nn Vitse-prezidenti Cey Di Vensin mətbuat xidmətinin məlumatında deyilir.

"ABŞ, Pakistan və İran bu gün üçtərəfli əyani görüş keçirir... Bu mövzu ilə bağlı məsələlər üzrə amerikalı ekspertlər tam tərkibdə İslamabaddadır. Vaşinqtonda olan ekspertlər isə əlavə dəstək göstərirlər", - bəyanatda qeyd olunub.

Daha əvvəl "Reuters" Pakistan mənbəsinə istinadən qeyd edib ki, danışıqlar iki saat davam edib, bundan sonra nümayəndə heyətləri fasiləyə çıxıb. Agentlik qeyd edib ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff və sahibkar Cared Kuşner İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf, XİN rəhbəri Abbas Əraqçi vəPakistan ordusunun qərargah rəisi Asim Munirlə birbaşa danışıqlar aparırlar.

Amerikanın danışıqlar qrupunun iştirakçıları arasında həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini, eyni zamanda, Vensin milli təhlükəsizlik üzrə köməkçisi olan Endryu Beyker, eləcə də vitse-prezidentin Asiya məsələləri üzrə müşaviri Maykl Vens də var.